AZ | EN | RU


Atletika >>
Yığmamızın üzvü Azərbaycan vətəndaşlığından imtina etdi
30 mart 2016   12:06

Yığmamızın ağırlıqqaldıranı Kristina Yovu Azərbaycan vətəndaşlığından imtina edib.

24 yaşlı milliləşdirilmiş legioner bu addımı özünə yeni ölkə tapdıqdan sonra atıb.

Belə ki, əslən moldovalı olan London Olimpiadasının bürünc medalçısı vətəndaşlığını üçüncü dəfə (!) dəyişməyə qərar verib. 2013-cü ilin yanvarına kimi Moldovanın, ardınca Azərbaycanın şərəfini qoruyan Yovu bundan sonra Rumıniyanın bayrağı altında çıxış edəcək.

Bunu bu ölkənin Ağırlıqqaldırma Federasiyasının prezidenti Niku Vlad açıqlayıb. O bildirib ki, Buxarestin “Dinamo” klubunun şərəfini qoruyan Kristina artıq yığmanın heyətinə daxil edilib: “O, özü Rumıniya adından çıxış etmək istədi. Biz də “Niyə də olmasın?” dedik. 12 aydı o heç bir yığmada çıxış etmirsə, artıq Rumıniya milisində iştirak edə bilər. Özünün dediyinə görə, Azərbaycan millisi ilə heç müqaviləsi də yoxdu. Buna baxmayaraq, biz bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında da yoxlatdıq. Dəqiq məlumat aldıq ki, o heç bir ölkəyə bağlılığı qalmayıb. Biz bu idmançı ilə yaxşı nəticələr qazanmağa ümid edirik”.

Yovunun aprelin 9-17-də Norveçdə keçiriləcək Avropa çempionatında Rumıniyanın formasını geyinəcəyi də dəqiqləşib. Bu, millimizdə dopinqdə ilişən moldovalının 3 illik fasilədən sonra podiuma ilk çıxışı olacaq. Lakin qaydalara əsasən Yovu Rio Yay Olimpiya Oyunlarında çıxış edə bilməyəcək. Rumınlar isə onun Tokio-2020-də köməyindən yararlanmaq niyyətindədi.

Qeyd edək ki, Yovu Azərbaycan millisinin şərəfini qoruduğu 2 ildə hansısa ciddi nailiyyətlə yadda qalmayıb. Çünki vətənindən ölkəmizə gizlin qaçan, ardınca 50 min qollar qarşılığında Moldovadan icazəsi alınan atlet 2013-cü ildə dünya çempionatında və Tələbələrin Ümumdünya Universiadasında qazandığı gümüş medal 2014-cü ildə dopinqdə “ilişdiyi” üçün əlindən alınmışdı.

O bir qədər öncə də Azərbaycana qayıtmayacağını açıqlamışdı. 2 illik diskvalifikasiya müddəti iyunda bitən Kristina bildirmişdi ki, Azərbaycan tərəfi ilə heç bir müqaviləsi yoxdu: “Mən sərbəstəm. Moldovada hamı deyir ki, yalnız Azərbaycanın şərəfini qoruya bilərəm. Onların nəzərinə çatdırmaq istəyirəm ki, bu ölkə ilə müqaviləm yoxdu. Baxmayaraq ki, Azərbaycan tərəfi də bunun əksini iddia edir”.
Apasport.az

 

 

 

 



Çap et | e-mail

     

2017-01-13  Zairovun gümüş medal ümidləri boşa çıxdı

2017-01-04  Daha 200 rusiyalı atletin antidopinq qaydalarını pozduğu açıqlanıb

2016-12-27  Yüngül Atletika Federasiyasının prezidenti həbs olundu

2016-12-05  İdmançımız ağır atletika üzrə Avropa çempionatında bürünc medal qazandı

2016-12-05  Ərəb şeyxi Azərbaycan qızı ilə evləndi - Əl-Maktum + FOTOLAR

2016-12-03  2016-cı ilin ən yaxşı atletləri bəlli oldu

2016-11-26  Atletimizin Olimpiadadakı nəticəsi ləğv edildi

2016-11-23  İkiqat olimpiya çempionu qazandığı qızıl medallardan məhrum olub

2016-11-17  Güləşçimiz haqqında ŞOK qərar: Olimpiya medalı əlindən alınır

2016-11-14  \"Bolt \"Borussiya\"da məşq edəcək\"

2016-10-03  Beynəxalq və Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərləri AAAF parkda

2016-09-12  Gənc ağırlıqqaldıranımız Avropa üçüncüsü oldu

2016-09-10  Azərbaycanlı atlet Brüsseldə 5-ci oldu

2016-09-09  Avropa çempionatı üçün milli komandamızın heyəti açıqlanıb

2016-09-08  Azərbaycanlı atlet Xorvatiyada ikinci oldu

2016-09-07  Ağır atletlərimiz İordaniyada daha 1 qızıl, 1 gümüş medal qazandı

2016-08-24  Dünya çempionumuzda dopinq aşkarlandı

2016-07-29  Azərbaycanlı atlet Türkiyə rekordunu yenilədi

2016-07-28  Daha bir ağırlıqqaldıranımızda dopinq tapıldı

2016-07-23  Azərbaycan əsilli atlet Ramil Quliyevin olimpiadada yarışacağı növlər müəyyənləşib

Bütün xəbərlər
 
21 yanvar 2017
14:02  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
13:49  Cerard "Liverpul"a qayıtdı
13:36  "Zirə"dən yeni transfer - FOTO
13:28  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
13:14  Kollinaya FİFA-da yeni vəzifə verildi
13:10  Ulduz futbolçunun maşınına hücum etdilər
13:00  Həftənin ən gözəl qolları - VİDEO
12:53  FİFA-ya tarixi cəza
12:45  "Traktorsazi" də 20 Yanvarı unutmadı - FOTO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:36  "Qəbələ" "Traktorsazi"ni darmadağın etdi - VİDEO
20 yanvar 2017
11:42  Azərbaycan Belarus millisinə qarşı
11:40  Çin klubundan Ardaya növbəti təklif
11:36  Fatih Terimi tənqid etdiyi üçün cəzalandı
11:30  Millimiz Səudiyyə Ərəbistanına yenildi
19 yanvar 2017
17:46  "Beşiktaş" futbolçusunu İngiltərə klubuna satdı
17:09  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
16:05  "CÜDO TV"nin beynəlxalq seminarla bağlı hazırladığı xüsusi veriliş - VİDEO
16:03  "Qoca sinyorlar"da 19 yaşlı futbolçu
15:55  Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlandı
14:42  Avropa çempionatının sonuncu loqosu da təqdim olundu
14:39  UEFA "Qarabağ" klubuna 980 min avro vəsait ayırdı
14:01  Milli komandada yeni baş məşqçi
13:29  Azərbaycanlı olimpiya çempionu hərbi xidmətdə - VİDEO
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.