AZ | EN | RU


Gimnastika >>
Şahin Kazımzadə: Göz yaşları ilə tamaşaçıların rəğbətini qazandılar! - FOTOSESSİYA
16 mart 2016   14:27

Bakı Gimnastika Məktəbində bədii gimnastika üzrə 2-ci “Təhsil kuboku”na yekun vurulub. Yarışda 2001/10-cu il təvəllüdlü gimnastlar bacarıqlarını nümayiş etdiriblər. Turnirlə bağlı Olimpiya.az-ın müxbirinə  məlumat verən Azərbaycan Gimnastika Federasiyasının (AGF) məsul nümayəndəsi Şahin Kazımzadə bir sıra maraqlı məqamlara toxunub: “Təhsil Kuboku”nda Bakı gimnastika məktəblərindən başqa, digər məktəblərin nümayəndələri də iştirak edirlər. Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Kompleks İdman Məktəbi, “Start” cəmiyyətini, “Zirvə” İdman Klubunu, habelə Bakı kəndlərində idmançılar hazırlayan “Şağan” İdman Cəmiyyətini və böyük turnirlərdə birinci dəfə iştirak edən “Zirə” klubunu göstərə bilərəm. Kürdəmiri təmsil edən gimnastlarımızda bu il ilk dəfə “Təhsil Kuboku”nda mübarizəyə qoşulublar. Ümumiyyətlə, bu turnirdə 7 idman məktəbindən 100-dən artıq idmançı iştirak edir - deyə Kazımzadə məlumat verdi. - Bizim üçün bu kimi yarışlar çox əhəmiyyətlidir. Xüsusilə, belə turnirlərdə ölkədə yetişən perspektivli gimnastlarımızı, yaxın rezervi yoxlayıb, məşqçi-müəllimlərin yetirmələrinə nəyi öyrətdiklərini görə bilirik. Uşaqlarında hansı səviyyədə olmasını görmək çox vacibdir”.

AGF rəsmisinin sözlərinə görə, ötən yarışda bir sıra idmançılar bacarıqlarını ortaya qoya biliblər. “Kimisə ayrıca qeyd etmək istəməzdim. Öz çıxışları, emosiyaları, mübarizə əzmi, hətta göz yaşları ilə gənc qızlarımız tamaşaçıların rəğbətini qazandılar. Halbuki onlar hələ çox balacadırlar, gələcəkləri hələ qabaqdadır. Lakin, kiçik yaşlarına baxmayaraq, “Təhsil Kuboku” nda idmançılar kifayət qədər çətin sayılan top və halqalarla çıxışlarında maraqlı nömrələr göstərə bildilər”.

Gələcək turnirlər barədə də məlumat verən Şahin Kazımzadə irəlidə idmançılarımızı çətin sınaqlar gözlədiyini qeyd etdi. “Yaxın günlərdə Federasiya tərəfindən Novruz bayramı ilə əlaqədar tamblinq üzrə yarışlar keçiriləcək. Bundan əlavə, mayda Bakı Gimnastika Məktəbində tədris olunan gimnastikanın bütün növləri üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir də baş tutacaq. İyunun sonu, iyulun əvvəllərində isə ölkədə fəaliyyət göstərən bütün gimnastika məktəblərində buraxılış yarışları keçiriləcək ki, orada istedadlı idmançılarımıza müxtəlif dərəcələr təqdim olunacaq. Bu kimi yarışlar ildə iki dəfə - yayda və qışda təşkil olunur”.

Azərbaycanın perspektivli gənc gimnastlarından biri, Bakıda keçirilən “Təhsil Kuboku”nda halqa və topla çıxışlarında 2-ci olmuş Balaxanım Əhmədova turnir barədə fikirlərini bölüşüb. Saytımıza müsahibəsində istedadlı idmançı yarışların çətin keçdiyini qeyd edərək, nəticələrindən razı qalmadığını bildirib. “Əlbəttə, müəyyən həyəcan var idi, lakin nəticələrimin daha yaxşı olacağını gözləyirdim. Belə yarışlarda çox iştirak etmişəm, amma hər yeni turnir əvvəlkilərdən fərqlənir. Yarışların vacibliyindən asılı olmayaraq, hər idmançı uğur qazanmaq haqqında düşünür və nəticələrə böyük önəm verir. “Təhsil Kuboku” da mənim üçün çox vacib idi. Artıq apreldə bizi növbəti rəsmi yarış gözləyir ki, son turnir də ona hazırlıq məqsədi daşıyırdı”. Balaxanım Əhmədovanın sözlərinə görə, son turnirdə o tam bacarığını nümayiş etdirə bilməyib. “Elə həyəcan da bundan irəli gəlirdi. Mən bəzi alətlərlə hərəkətləri daha yaxşı edə biləcəyimi hiss edirdim, lakin zalın tavanının alçaq olması çıxışıma mane oldu. Ancaq bu səbəb olmamalıdır. Demək ki, öz üzərimdə bir qədər də çalışmalı və ustalığımı artırmalıyam. Əsas məqsədim Olimpiya oyunlarında ölkəmizi təmsil etməkdir”.



Çap et | e-mail

     

2017-07-27  Gimnastlarımız Polşada Ümumdünya Oyunları 2017-də gümüş medal qazanıblar

2017-07-12  Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

2017-05-10  Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

2017-04-30  İtaliya yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutdu

2017-04-26  Rusiyalı gimnastlar Bakıya gəldi

2017-04-19  Bakı bədii gimnastika üzrə Dünya Kubokuna hazırlaşır

2017-04-14  Gimnastlarımız İtaliyada 3-cü oldular

2017-02-27  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı

2017-02-20  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

2017-02-15  Bakıda Dünya Kubokunda yüksək nəticə göstərəcək gimnastlara xüsusi mükafat veriləcək - FOTO

2017-02-09  Bakı Dünya Kubokuna hazırlaşır

2016-12-16  Azərbaycan gimnastlarının haqqını yeyən hakimlər cəzalandırıldı

2016-12-14  Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb

2016-11-28  Sinqapur milli komandası Bakıda

2016-10-01  Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verildi - FOTO

2016-08-26  Mehriban Əliyevanın olimpiya hərəkatındakı xidmətləri yüksək qiymətləndirilib

2016-07-25  Gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu - FOTOSESSİYA

2016-07-24  İdmançımız Dünya Kubokunda medal qazandı

2016-07-23  Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürüb

2016-07-22  Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar

Bütün xəbərlər
 
Bu gün
17:27  MOİK və "Sumqayıt"dan qələbə
17:12  AVRO-2021: Millimizin rəqibləri müəyyənləşdi
16:17  PSJ türk futbolçu ilə müqavilə imzaladı
15:41  Aleks "Fənərbaxça"ya qayıdır
15:20  Millimizin üzvü Çexiya klubunda
15:01  “Sumqayıt” " “Zirə”: 15-ci duel
14:34  Bakıya gələcək ulduz futbolçuların adları açıqlandı
14:15  I divizion: 17-ci turun oyunları eyni saatda
14:02  "Real" Beyli satır
13:46  Premyer Liqamızda 19-cu turun oyun cədvəli açıqlandı
13:22  Premyer Liqamızda 17-ci turun ən yaxşı futbolçusu
13:08  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:46  Premyer Liqamızda 17-ci turun rəmzi komandası
12:16  Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına 4 namizəd
02:02  ÇL: "Atletiko Madrid" və "Mançester Siti" qalib gəldi
20 fevral 2019
23:35  Avroliqada ilk 1/8 finalçı komanda müəyyənləşdi
23:17  "Qəbələ" - "Keşlə": 48-ci duel
22:45  "Qarabağ" "Sabah"la oyunun hazırlıqlarına başladı
19:07  Emil Balayevdən möhtəşəm qurtarışlar - VİDEO
18:48  "Benfika" baş məşqçisi ilə müqavilə yenilədi
18:20  “Qarabağ”a qol vuran futbolçu Paşayevlə eyni klubda
18:05  Klublar Komitəsinə seçkinin vaxtı açıqlandı
17:48  Maluda İsveçrə klubunda
17:20  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olunub
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.