AZ | EN | RU


Gimnastika >>
Bakıda Dünya Kubokunda kişilərin gimnastika atı yarışlarında təsnifat yekunlaşıb
19 fevral 2016   16:07

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə kişilərin gimnastika atı yarışlarında təsnifat çıxışları başa çatıb.

Olimpiya.az xəbər verir ki, təsnifatın yekunları üzrə finala Yaponiya, Belçika, Norveç, Türkiyə, İran, Xorvatiya, Latviya və İsrail nümayəndələri çıxıblar.

Təsnifatda birinci nəticəni (15,100 bal) yaponiyalı gimnast Tomomasa Xaseqava göstərib.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku 19-21 fevral tarixlərində 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparacaq, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edəcək.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

 

 

 



Çap et | e-mail

     

2017-07-27  Gimnastlarımız Polşada Ümumdünya Oyunları 2017-də gümüş medal qazanıblar

2017-07-12  Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

2017-05-10  Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

2017-04-30  İtaliya yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutdu

2017-04-26  Rusiyalı gimnastlar Bakıya gəldi

2017-04-19  Bakı bədii gimnastika üzrə Dünya Kubokuna hazırlaşır

2017-04-14  Gimnastlarımız İtaliyada 3-cü oldular

2017-02-27  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı

2017-02-20  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

2017-02-15  Bakıda Dünya Kubokunda yüksək nəticə göstərəcək gimnastlara xüsusi mükafat veriləcək - FOTO

2017-02-09  Bakı Dünya Kubokuna hazırlaşır

2016-12-16  Azərbaycan gimnastlarının haqqını yeyən hakimlər cəzalandırıldı

2016-12-14  Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb

2016-11-28  Sinqapur milli komandası Bakıda

2016-10-01  Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verildi - FOTO

2016-08-26  Mehriban Əliyevanın olimpiya hərəkatındakı xidmətləri yüksək qiymətləndirilib

2016-07-25  Gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu - FOTOSESSİYA

2016-07-24  İdmançımız Dünya Kubokunda medal qazandı

2016-07-23  Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürüb

2016-07-22  Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar

Bütün xəbərlər
 
21 aprel 2019
16:36  Azərbaycan Odessada dördüncü, futbolçusu ən yaxşı oldu
15:16  Baş məşqçi Şeydayevin əvəzləməsindən danışdı
14:53  Tyerri Anrinin yeni klubu
14:23  Bundesliqa klubu baş məşqçi ilə yolları ayırdı
13:56  Zidan transferlərlə bağlı açıqlama verdi
13:23  Ronaldo "Yuventus"da qalacağını bildirib
12:41  Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
20 aprel 2019
18:39  Emil Balayev oynadı, komandası heç-heçə etdi
18:09  "Mançester Siti" "Tottenhem"i məğlub edərək liderliyə yüksəldi - VİDEO
17:36  “Real”da yeni müqavilə - 1.6 milyard avro
15:13  "Beşiktaş" sabiq üzvü "Qalatasaray"a transfer olur
14:27  Kosta üzr istədi
14:03  "Real"ın futbolçusu mövsümü bitirdi
13:44  Premyer Liqanın 25-ci turunu neçə azarkeş izlədi?
13:21  "Qəbələ"nin müdafiəçisi "Seltik"ə keçə bilər
12:56  Essyen Afrika tarixinin ən yaxşıları sırasında
12:31  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
19 aprel 2019
22:13  Namiq Ələsgərov dubl edərək "Neftçi"yə qələbə qazandırdı - VİDEO
21:31  "Qəbələ"dən ardıcıl ikinci qələbə - VİDEO
20:25  "Neftçi" səfərdə "Sabah"ı məğlub etdi
18:23  Avroliqada həftənin ən yaxşı futbolçusu
17:55  "Qəbələ" "Zirə"yə qalib gəldi
17:22  Mahirin 100-cü oyunu
16:48  Avroliqada həftənin rəmzi komandası
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.