AZ | EN | RU


Gimnastika >>
Yaponiyalı idmançı Bakıda keçirilən Dünya Kubokunda yenilik edib
19 fevral 2016   14:30

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda çıxış edən yaponiyalı gimnast Kenzi Şirai sərbəst hərəkətlərdə yeni element nümayiş etdirib.

O, təsnifat çıxışında üç vintli ikiqat saltonu icra edib. Bu element Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu yaxınlarda təsdiq edilib və gimnastın özünün şərəfinə "Shirai Three" adlandırılıb.

Qeyd edək ki, bu element beynəlxalq səviyyədə ilk dəfə nümayiş etdirilib.

Sərbəst hərəkətlərdə birinci rotasiyadan sonra K.Şirai 14,850 balla birinci yeri tutur.

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku 19-21 fevral tarixlərində 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçiriləcək. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparacaq, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edəcək.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Tamaşaçıların yarışlardan daha çox zövq alması üçün Kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar təşkil olunacaq.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

 

 



Çap et | e-mail

     

2017-07-27  Gimnastlarımız Polşada Ümumdünya Oyunları 2017-də gümüş medal qazanıblar

2017-07-12  Bədii gimnastlarımız Berlində bürünc medal qazanıblar

2017-05-10  Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olunub

2017-04-30  İtaliya yığması Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda birinci yeri tutdu

2017-04-26  Rusiyalı gimnastlar Bakıya gəldi

2017-04-19  Bakı bədii gimnastika üzrə Dünya Kubokuna hazırlaşır

2017-04-14  Gimnastlarımız İtaliyada 3-cü oldular

2017-02-27  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı

2017-02-20  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

2017-02-15  Bakıda Dünya Kubokunda yüksək nəticə göstərəcək gimnastlara xüsusi mükafat veriləcək - FOTO

2017-02-09  Bakı Dünya Kubokuna hazırlaşır

2016-12-16  Azərbaycan gimnastlarının haqqını yeyən hakimlər cəzalandırıldı

2016-12-14  Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb

2016-11-28  Sinqapur milli komandası Bakıda

2016-10-01  Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verildi - FOTO

2016-08-26  Mehriban Əliyevanın olimpiya hərəkatındakı xidmətləri yüksək qiymətləndirilib

2016-07-25  Gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu - FOTOSESSİYA

2016-07-24  İdmançımız Dünya Kubokunda medal qazandı

2016-07-23  Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürüb

2016-07-22  Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar

Bütün xəbərlər
 
18 dekabr 2018
16:05  Mourinyonun alacağı təzminat bilindi
15:23  "Anderlext" baş məşqçisini qovdu
15:11  "Neftçi" italiyalı oyunçu ilə müqavilə uzatdı
14:40  "Mançester Yunayted"in yeni baş məşqçisinin adı açıqlandı
14:21  "Mançester Yunayted" Mourinyonu rəsmi olaraq göndərdi
14:07  Gerye ilin futbolçusu seçildi
13:42  Qətər DÇ-2022-nin əsas stadionunun layihəsini təqdim etdi
13:21  Kamran Ağayev və Zaur Axundova görə klub cərimələndi
13:04  “Neftçi” 75-ci oyunda “50”yə çatmadı
12:34  Kubokun cavab oyunlarına hakim təyinatları
12:14  Millimizin baş məşqçiliyinə əsas namizəd
11:54  "Keşlə"dən uğursuz yubiley
11:43  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:22  “İlin qalibləri-2018” - siyahı
11:06  Azərbaycanın 8 məşqçisinə UEFA-nın Pro lisenziyası təqdim olunub - siyahı
10:40  Yığma komandamız birinci divizion klubunu məğlub edib
10:29  Pepe "Beşiktaş"dan rəsmi olaraq ayrıldı
10:05  BATE "Qarabağ"ın iki matçını izləyəcək - baş məşqçidən açıqlama
17 dekabr 2018
19:42  37 yaşında La Liqanın tarixinə düşdü
18:33  Çempionlar Liqasında 1/8 finalın təqvimi açıqlandı
18:02  "Hazırda bütün fikrim “Qarabağ”dadır" - Qurban Qurbanov
17:33  ÇL tarixində ilklər
17:14  "Püşkdə bəxtimiz gətirmədi" - Pavel Nedved
17:04  Reynaldo “Qarabağ”la müqavilə bağlayır
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.