AZ | EN | RU


Cüdo >>
İlham Zəkiyev "Böyük dəbilqə"ni dəyərləndirdi
08 fevral 2016   09:09

"Paris "Böyük dəbilqə"si olduqca yüksək səviyyədə təşkil olunmuşdu. Cüdoçularımız da əllərindən gələni etdilər".

Bunu açıqlamasında ikiqat paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi İlham Zəkiyev deyib. Olimpiya yığması ilə birlikdə bu yaxınlarda Braziliyada təlim-məşq toplanışında iştirak edən paralimpiya cüdosunun canlı əfsanəsi yarışları diqqətdə saxladığını və millimizin üzvlərinə qarşı hakim haqsızlığını müşahidə etdiyini bildirdi: "Bu, cüdo aləminin ən nüfuzlu yarışlarından hesab olunur. Yığmamızın üzvləri də əllərindən gələni etdilər. Nəzərə almaq lazımdır ki, onlar hazırda çox yorğundular. İki həftəlik gərgin təlim-məşq toplanışının ardından iki turnirdə mübarizə apardılar"

O, ayrılıqda yığma üzvlərinin çıxışını belə dəyərləndirdi:

 "İlqar Müşkiyev gözəl çıxış nümayiş etdirdi, güclü rəqibləri məğlub etdi.

66 kiloqramda Hidayət Heydərov hələ təcrübəsizdir, amma normal güləşdi. Tərlan Kərimova qarşı hakim haqsızlığı oldu. Təmiz "yuko" xalını vermədilər. Açığı, Nicatın yeri çox göründü.

Rüstəm Orucov çıxış etmədi. Bu, əslində yaxşı haldı. O, hazırda reytinqdə birincidi, özünü təsdiq etməyə xüsusi ehtiyacı yoxdur. İnanıram ki, Rüstəm yarışı izləyib, rəqiblərini ayrıca analiz edib.

81 kiloqramda vəziyyət o qədər də ürəkaçan deyil. 90-da isə olimpiadaya vəsiqə qazanmaq üçün şans qalır. İstər Şahin Qəhrəmanov, istərsə də Ramin Qurbanov gənc, perspektivli cüdoçulardır. İnanıram ki, qarşıdakı yarışlarda nəticələrini daha da yaxşılaşdırıb ilk 22-likdə yer alacaqlar.

100 kiloqramda çıxış edən Elxan Məmmədovda son vaxtlar nəzərəçarpacaq inkişaf var. Əvvəllər iki dəqiqədən sonra yorulurdusa, indi sonadək, tam gücü ilə mübarizə aparır. Bu yarışda da əlindən gələni etdi.
Elmara gəldikdə isə, son görüşdə təşəbbüs tam onun tərəfində olduğu halda rəqibə cərimə balı verilmədi.

Uşanqi Kokauridən belə çıxışı şəxsən özüm heç gözləmirdim. 1/4-ə kimi gəldi, yeddinci yeri tutmaqla müəyyən qədər lisenziya xalı qazandı. Hərçənd, o, olimpiadaya gedərsə, onun devizi yəqin ki, "əsas iştirakdır" olacaq". Ondan hər hansı medal gözləmək düzgün olmaz"

Qadınların lisenziya xarakterli yarışlarda təmsil olunmamasına Zəkiyev belə münasibət bildirdi: "Ola bilsin ki, hazırlıqları Paris "Böyük dəbilqə"si üçün uyğun olmayıb. Yəqin ki, daha aşağı səviyyəli yarışlarda sınaqdan keçirərlər. Hər halda doğrusunu məşqçilər bilir"

İ. Zəkiyev federasiya rəhbərliyindəki dəyişiklikdən sonra cüdodakı inkişafa diqqət çəkərək, bunu geridə qalan müddət üçün kifayət qədər yüksək hesab etdi: "Federasiyadakı dəyişikliklərin nəticəsi göz qarşısındadır. İdmançılar tam diqqət, qayğıyla əhatə olunublar. Bütün problemləri həll olunub. Onlarla birgə Braziliyada olarkən məşq sisteminə diqqət yetirdim. Deyə bilərəm ki, Zeyzenbaxerin
proqramı çox yüksək səviyyədədir".
adalet.az

 

 

 

 

 



Çap et | e-mail

     

2018-11-11  3 cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb

2018-11-08  Cüdo üzrə region birinciliyinə bu dəfə Xaçmaz ev sahibliyi etdi

2018-11-05  Oğuzda cüdo üzrə region yarışlarına start verilib

2018-11-04  Azərbaycan cüdoçusu erməni rəqibinə qalib gələrək gümüş medal qazanıb

2018-11-02  Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

2018-10-31  İmişlidə keçirilən bölgə birinciliyinə yekun vuruldu

2018-10-29  Region birincilikləri İmişlidə davam edir

2018-10-29  Milli cüdoçularımız Abu-Dabidə 3 medal qazandıb

2018-10-28  28 oktyabr - Dünya Cüdo Günü

2018-10-27  Ağcabədidə Aran-Qarabağ bölgə birincilyi keçirilir

2018-10-26  Paytaxt çempionatına yekun vuruldu

2018-10-25  Bakı çempionatına start verildi

2018-10-25  \"CÜDO TV\" təqdim edir: Veteran cüdoçularımız vətəndə - VİDEO

2018-10-24  Azərbaycan Cüdo Federasiyasının region birinciliklərinə start verildi

2018-10-24  Dünya çempionatında böyük uğura imza atmış veteran cüdoçularımız vətənə qayıdıblar

2018-10-24  \"CÜDO TV\" təqdim edir: Gənc cüdoçularımızın uğuru - VİDEO

2018-10-23  Cüdo üzrə milli komandamız Bakıya qayıdıb

2018-10-19  Dünya çempionatında usta cüdoçularımızdan daha 3 medal

2018-10-18  Fərhad Rəcəbli 8-ci dəfə usta cüdoçular arasında dünya çempionu oldu

2018-10-18  Baham adalarında keçirilən cüdo üzrə dünya birinciliyində Azərbaycan finalı

Bütün xəbərlər
 
Bu gün
20:23  "Sumqayıt" Ayxan Abbasovu belə təqdim etdi - VİDEO
20:11  "Real Madrid"dən yeni transfer  
19:49  Premyer liqamızda oynamış gürcü futbolçu karyerasını sonlandırıb
19:33  De Xea "Mançester Yunayted"dən ayrılır
18:49  PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər
18:31  "Sumqayıt"da Ayxan Abbasovun köməkçiləri açıqladı
18:13  "Bu titul mənim üçün qürurvericidir" - Maksim Medvedev
17:40  "Beşiktaş" futbolçusunu heyətdən kənarlaşdırıb
17:23  “Çelsi” klubuna transfer qadağası
17:11  Farer adaları millisi "Neftçi"nin bazasında
16:21  Özil həftəyə bir milyon qazanmaqdan imtina edib
16:05  "Əzmkar, mübariz bir komandamız olacaq” - Ayxan Abbasov
15:50  Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı
15:16  Azərbaycan - Farer adaları matçının hakimləri açıqlandı
15:04  "Sumqayıt"da yeni baş məşqçi müəyyənləşdi
14:48  “Qəbələ” nümayəndələri UEFA forumunda
14:35  “Azərbaycan Kubokunda 4-cü əvəzetməyə icazə veriləcək” - Ramin Musayev
14:15  Azərbaycan Kubokunun püşkü atıldı
13:24  Azərbaycan kubokunun oyunlarında yenilik
13:01  "Real"dan transferlərə 200 milyon
12:47  İngiltərə Premyer Liqasında qadın rəhbər
12:36  A seriyasında baş məşqçi dəyişikliyi
12:22  AFFA rəsmiləri milli komandamızın oyununu izləyəcəklər
12:07  "Rüfət Dadaşovun Azərbaycan millisinə yenidən çağırılmasına sevindim"
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.