AZ | EN | RU


Taekvondo >>
Taekvondo millimizdən tarixi nailiyyət: 3 rekord birdən!
18 yanvar 2016   10:49

Taekvondo üzrə Azərbaycan yığması tarixi rekorda imza atıb. Ölkəmiz ilk dəfə Yay Olimpiya Oyunlarında maksimum sayda - 4 idmançı ilə iştirak edəcək.
 
Belə ki, yığmamız bu hüquqa Türkiyədə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində imza atıb. Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Milad Beigi Harçeqani (+80 kq) İstanbulda bu uğuru finala yüksəlməklə əldə edib. Ardınca isə hər üç idmançımız həlledici qarşılaşmada da qalib gəlib.
 
Bunadak daha bir idmançımız - Radik İsayev (+80 kq) lisenziyanı təmin etdiyindən Rioya yollanacaq taekvondoçularımızın sayı dördə çatıb. Dünya və Avropa çempionumuz buna reytinq xalına əsasən nail olmuşdu.
 
Dördüncü dəfə Olimpiadada çıxış edəcək taekvondoçularımız əvvəlki 3 cəhddə ümumilikdə 5 dəfə medallar uğrunda mübarizə aparmışdı. Afina-2004 və London-2012-də 2 idmançımız tatami üzərinə çıxmışdısa, 2008-də 1 həmyerlimiz Olimpi fəth etməyə çalışmışdı.
 
Bu il Rioda keçiriləcək Yay Olimpiya Oyunlarında isə birdən-birə 3 rekord müəyyənləşəcək.
 
Birincisi, ilk dəfə olaraq, 4 taekvondoçumuz qalib adı uğrunda yarışacaq. İkinci rekord isə qadın yığmamıza aiddi. İndiyədək xanımlarımız heç vaxt 2 lisenziya qazanmamışdı. Ümumiyyətlə, zərif cinsin nümayəndələri yalnız 1 dəfə Olimpiadaya yollanmışdı ki, buna da 4 il öncə Fəridə Əzizova imza atmışdı. Elə üçüncü rekordun müəllifi də onun özüdü ki, 67 kq çəki dərəcəsindəki təmsilçimiz ikinci dəfə planetin ən mötəbər turnirinə yollanacaq. O bununla da hazırda Azərbaycan Taekvondo Federasiyasında vitse-prezident işləyən Rəşad Əhmədova çatıb.
 
Taekvondoçularımızın növbəti rekordu isə 7 aydan sonra gerçəkləşdirə bilər. Əvvəlki yarışlarda ən yaxşı nəticəsi 4-cü yer olan idmançılarımız istənilən əyarlı medal qazanmaqla, ilki reallaşdıracaqlar. 

İl

Şəhər

İdmançı

Çəki

Nəticə

2004

Afina

Niyaməddin Paşayev

68 kq

1/8 final

2004

Afina

Rəşad Əhmədov

80 kq

4-cü yer

2008

Pekin

Rəşad Əhmədov

80 kq

5-ci yer

2012

London

Ramin Əzizov

80 kq

1/4 final

2012

London

Fəridə Əzizova

67 kq

1/8 final

2016

Rio-de-Janeyro

Patimat Abakarova

49 kq

 

2016

Rio-de-Janeyro

Fəridə Əzizova

67 kq

 

2016

Rio-de-Janeyro

Milad Beigi Harçeqani

80 kq

 

2016

Rio-de-Janeyro

Radik İsayev

+80 kq

 

Apasport.az

 

 

 

 

 



Çap et | e-mail

     

2017-02-15  Yığmamız \"Turkish Open\"dən 10 medalla qayıdır

2017-02-14  Azərbaycan taekvondoçusu Türkiyədə çempion oldu

2017-02-13  Taekvondo yığmamızdan 7 medal

2017-02-10  Azərbaycan klubu Avropa çempionu oldu

2017-02-07  Azərbaycan taekvondoçuları Türkiyədə 9 medal qazanıblar

2017-02-04  Milli komandamız Avropa çempionatında çıxış edəcək

2017-01-25  Azərbaycan yığmasında yeni məşqçi

2017-01-23  Məşqçidən Fəridə Əzizovanı döyməsi haqda xəbərlərə REAKSİYA

2017-01-19  Azərbaycan taekvondoçusu yığmanın sabiq baş məşqçisi tərəfindən döyülüb

2017-01-17  Milli komandamızda yeni baş məşqçi

2016-12-21  İlin ilk taekvondo yarışı yanvarda keçiriləcək

2016-12-12  Bakıda taekvondo üzrə komandalararası dünya çempionatı start götürüb

2016-12-06  Bakıya 47 ölkədən 128 taekvondoçu gələcək

2016-12-06  Milli komandamızın heyətində dəyişiklik edildi

2016-12-06  Olimpiya çempionumuz dünya reytinqində birincidir

2016-11-21  Taekvondoçularımız dünya birinciliyində 3 medal qazandılar

2016-11-20  Millimiz dünya birinciliyini 3 medalla başa vurdu

2016-11-18  Gənc taekvondoçuların dünya birinciliyində daha bir medal qazandıq

2016-11-17  Yığma komandamız Kanadada ilk medalını qazandı

2016-11-16  Sahibsiz qalan dünya çempionatı Bakıda

Bütün xəbərlər
 
Bu gün
13:31  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
13:25  Riçard Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi
00:08  "Zirə"yə qələbə qazandıran qol - VİDEO
00:04  İstanbul derbisini "Beşiktaş" qazandı
27 fevral 2017
20:42  "Zirə" doğma meydanda qalib gəldi
20:30  "Qarabağ" - "İnter" matçına doğru - VİDEO
17:50  "Neftçi" AZAL-a qalib gəldi
16:59  Ayın ən yaxşı qolunun müəllifi mükafatına qovuşdu - FOTO
16:28  Prosineçki məşqçilərlə görüşdü
15:40  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
14:35  Elçin İsmayılov millinin baş məşqçisi oldu
13:35  Qadın güləşçilərimiz Stadnikin vətənində
13:32  4 qat olimpiya çempionu medallarını 180 min dollara satdı
13:29  UEFA prezidenti siyasətdən danışdı
11:48  Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə edəcəklər
11:46  Millinin üzvü qəzada öldü
10:08  Boksçumuz Bolqarıstanda 2-ci oldu
10:05  Voleybolçumuzun komandası Yaponiya çempionatında liderliyini qorudu
10:04  Ronaldodan daha bir rekord
09:56  Almanlar Bakıdakı oyun üçün 800 bilet sifariş etdilər
25 fevral 2017
20:27  "Qarabağ" - "İnter" matçının hakimi müəyyənləşdi
14:16  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:32  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
12:28  Azərbaycanlı mütəxəssis "Makkabi" klubuna baş məşqçi təyin olunub
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.