AZ | EN | RU


Gimnastika >>
Azərbaycan gimnastları ötən il 157 medal qazanıblar
11 yanvar 2016   14:38

157 - məhz bu rəqəm 2015-ci ildə gimnastlarımızın əldə etdiyi medal sayını ifadə edir. Olimpiya.az xəbər verir ki, keçən il olduğu kimi bu il də vətənimizə ən çox medalı bədii gimnastika təmsilçiləri gətirdilər.

Onlar 81 medal qazandılar. Daha sonra medal sayına görə kişi idman gimnastikası üzrə yığma komandamız 32 medal ilə, onların ardınca hesabında 15 medal olan akrobatlarımız, 11 medal ilə qadın idman gimnastikası üzrə komandamız, və, nəhayət, hər biri 9 medal olmaqla batut və aerobika gimnastikası təmsilçiləri gəlir.

İl ərzində hamıdan çox medalı Marina Durunda qazandı (22). Hesabında cəmi 1 medal az olan Marinanın komanda yoldaşı Jalə Piriyeva 21 medal ilə və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci olan Oleq Stepko da eyni medal sayı ilə ili başa vurdular.

Şübhəsiz ki, idmançılarımız üçün ilin əsas yarışlarından biri Avropa Oyunları oldu. Oleq Stepko biri qızıl (parallel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısı kimi yadda qaldı. Daha bir medal isə o, komanda hesabında yoldaşları Eldar Səfərov və Petro Paxnyukla qazandı. Batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin bürünc, bədii gimnastika üzrə yarışların lentlə finalında isə Marina Durunda gümüş medal əldə etdi. Ümumiyyətlə, lent ötən il Marina üçün uğurlu oldu. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun “Fantaziya” kompozisiyasının sədaları altında lentlə Marina, həmçinin, Avropa Çempionatının  bürünc medalını qazandı.

Bu il bizim akrobatlarımız ilk dəfə olaraq Avropa Yaş Qrupları Yarışlarında medallar qazandı. Gümüş medalı kişi cütlüyünün tərkibində Seymur Cəfərov və Murad Əkpərov, bürünc medalı isə qarışıq cütlük - Ağasif Rəhimov və Nurcan Cabbarlı - əldə etdilər.

Bəlkə də, ilin ən əhəmiyyətli medalını idman gimnastikası üzrə Dünya Çempionatında Oleq Stepko qazandı. Müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq, o, parallel qollarda bürünc medal əldə etdi.

2015-ci il, həmçinin, gimnastlarımızın Dünya Gimnastradasında debütü ilə yadda qaldı. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişaf etdirilməsi ilə bağlı planı yerinə yetirmiş oldu. Artıq ölkəmizdə Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 gimnastika növü inkişaf etməkdədir.

Bədii gimnastika üzrə Avropa Çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadəyə ölkə Prezidenti cənab İlham Əliyev şəxsən mənzil təqdim etdi.  İlin yekunlarına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gimnastika Federasiyası ən yaxşı federasiya, Milli Gimnastika Arenası isə ilin ən yaxşı arenası adına layiq görüldü.

Federasiyanın 24 dekabr tarixində keçirilmiş 6-cı Ümumi Yığıncağında Mehriban xanım Əliyeva yenidən prezindent seçildi. Səsvermənin nəticələrinə əsasən Altay Həsənov öz fəaliyyətini federasiyanın vitse-prezidenti, Rauf Əliyev və Rafiq Beybutov isə İcra komitəsinin üzvləri olaraq davam etdirəcəklər. İcra Komitəsinin yeni üzvü isə Mariana Vasileva seçildi.

İlə isə elə həmin Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların idmançı və məşqçilərinin ifasında “Yeni İl Yuxusu” adlı möhtəşəm şou yekun vurdu.

2016-cı il isə heç də asan olmağa söz vermir. Qarşıda idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa və Dünya Çempionatları və ən əsası Rio-De-Janeyroda keçiriləcək Olimpiya Oyunları gözləyir. Marina Durunda və Oleq Stepko artıq bu Oyunlara lisenziyanın sahibidirlər. Əlavə lisenziyaları əldə etmək şansı isə bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandamıza, və hər birində 1 idmançı olmaqla, kişi və qadın idman gimnastikası təmsilçilərimizə məxsusdur.

Bu il Bakıda 3 Dünya Kuboku mərhələləri keçiriləcəkdir - idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda, və, nəhayət, iyul ayında bədii gimnastika üzrə yarışlar baş tutacaq.

2016-cı ildə idmançılarımızın uğurlu çıxışlarına ümid edir və inanırıq!



Çap et | e-mail

     

2016-12-16  Azərbaycan gimnastlarının haqqını yeyən hakimlər cəzalandırıldı

2016-12-14  Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb

2016-11-28  Sinqapur milli komandası Bakıda

2016-10-01  Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verildi - FOTO

2016-08-26  Mehriban Əliyevanın olimpiya hərəkatındakı xidmətləri yüksək qiymətləndirilib

2016-07-25  Gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu - FOTOSESSİYA

2016-07-24  İdmançımız Dünya Kubokunda medal qazandı

2016-07-23  Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürüb

2016-07-22  Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar

2016-07-14  2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

2016-07-13  Azərbaycan gimnastı səfir oldu

2016-07-11  Marina Durunda dünya kubokunda 7-ci oldu

2016-06-29  Gimnastımız dünya kuboku yarışlarında qızıl medal qazandı

2016-06-29  Yığmamız Pavlodardan 1 qızıl və 2 gümüş medalla qayıdır

2016-06-21  Gimnastlarımız İsraildə 8-ci oldu

2016-05-29  Gimnastlarımız Avropa çempionatında iştirak ediblər

2016-05-10  Gimnastımız Fransada 6 medal qazanıb

2016-04-20  Bədii gimnastlarımız beynəlxalq turniri iki qızıl və bir gümüş medal qazanıblar

2016-04-19  Gimnastlarımız iki qızıl və bir gümüş medal qazandılar

2016-04-18  Azərbaycanın daha bir gimnastı olimpiadaya lisenziya qazanıb

Bütün xəbərlər
 
Bu gün
11:28  Millimiz Fransaya 7 cüdoçu ilə gedir
11:10  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
10:57  "Qarabağ"ın Antalyada 13-cü günü
10:53  "Barselona" rəhbərliyi Ardanın keçidinə icazə vermədi
10:30  Olimpiya medalçılarımızın adları Rio-de-Janeyroda Çempionlar Divarlarına həkk olunub
09:48  Azərbaycan klubunun rəqibi Türkiyə kubokunu qazandı
09:45  Kamran Ağayev sərt cəzalandırıldı
09:40  "Neftçi" məğlubiyyətdən son anda qurtuldu - VİDEO
09:31  Millimizin Estoniya üzərindəki qələbəsi - VİDEO
17 yanvar 2017
18:36  Basketbol çempionatının təqvimi açıqlandı
18:08  "Traktorsazi" liderlik fürsətindən yararlana bilmədi
17:04  Milli komandamızda yeni baş məşqçi
16:22  Premyer Liqada oynayan futbolçular cəzalandırılacaq
15:36  "Barselona" və "Atletiko"nun Kosta mübarizəsi
15:33  "Kəpəz" MOİK-ə qalib gələ bilmədi
14:47  Vidadi Rzayev Gürcüstanda keçirilən futbol turnirindən danışdı
14:43  Rahid Əmirquliyev "Qarabağ"ın məşqlərinə sabah qoşulacaq
14:40  Gənclər və İdman Nazirliyinin 4 milyon manatdan çox vergi borcu silindi
14:37  Maşallah Əhmədovun məhkəməsi yenə təxirə salındı
13:56  Maradona Neapola qayıtmaq üçün vergi problemini həll etməlidir
13:54  "Qaradağ Lökbatan"ın futbolçusu bundan sonra "Səbail"də oynayacaq
12:46  Şeyx Mənsurdan Qvardiolaya transfer üçün 285 milyon avro dəstək
10:27  Azərbaycan çempionu Kanada millisini çalışdıracaq
10:25  "Qarabağ"ın eks futbolçusuna Çindən təklif
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.