AZ | EN | RU


Gimnastika >>
Milli Gimnastika Arenasında ilin son yarışı - FOTOLAR
17 dekabr 2015   16:32

Milli Gimnastika Arenası yola salacağımız ilin gimnastika üzrə sonuncu yarışına 51-ci həftəsində ev sahibliyi edib.

Olimpiya.az xəbər verir ki, 17-19 dekabr tarixlərində təxminən 160 gimnastın iştirak edəcəyi bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyinə və Bölgələr Arası Kuboka start verilib. Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri son illər bu sahədə idmançılarımızın qazandığı uğurlardan bəhs ediblər.

Yarışda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksindən olan paytaxt idmançıları ilə yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də öz çıxışlarını nümayiş etdirəcəklər.

Yarışların ilk günü 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar xalça üzərinə çıxıb və günün sonunda alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülükdə gimnastlar öz aralarında ən yaxşını müəyyən edəcəklər.

Elə həmin yaş kateqoriyasına daxil olan bədii gimnastlar yarışların ikinci günü xalçanı qrup hərəkətlərinin zərif naxışları ilə bəzəyəcəklər. Fərdi proqramda isə yarışlara 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaq. Onlar hərəkətləri ip, halqa, top və gürzlərlə nümayiş etdirəcəklər.

Turnirin sonuncu günü 19 dekabr tarixində yeniyetmələr (2000-2002; ip, halqa, top, gürzlər) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyüklər; halqa, top, gürzlər, lent) arasında qaliblər müəyyən olunacaq.

Bu tarix “balacalar”, “yeniyetmələr”, “gənclər” və "böyüklər" yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdardır. Onlar hər bir yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq regionlar arası 2-ci Kubok uğrunda mübarizə aparacaqlar.

Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, İlk Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa Çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya sahibi - Marina Durunda sevindirəcək.

Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa Çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək.

Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər.

İlin sonuncu yarışı parlaq Qala-konsertlə yadda qalacaq. Yarışların nəticələri ilə Olimpiya.az saytında tanış ola bilərsiniz.



Çap et | e-mail

     

2017-02-20  Azərbaycan gimnastları Dünya Kubokunda 3 medal qazanıb

2017-02-15  Bakıda Dünya Kubokunda yüksək nəticə göstərəcək gimnastlara xüsusi mükafat veriləcək - FOTO

2017-02-09  Bakı Dünya Kubokuna hazırlaşır

2016-12-16  Azərbaycan gimnastlarının haqqını yeyən hakimlər cəzalandırıldı

2016-12-14  Özbəkistanlı gimnastın adı Ginnesin Rekordlar Kitabına düşüb

2016-11-28  Sinqapur milli komandası Bakıda

2016-10-01  Aerobika gimnastikası üzrə 2-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verildi - FOTO

2016-08-26  Mehriban Əliyevanın olimpiya hərəkatındakı xidmətləri yüksək qiymətləndirilib

2016-07-25  Gimnastika üzrə Dünya Kubokuna yekun vuruldu - FOTOSESSİYA

2016-07-24  İdmançımız Dünya Kubokunda medal qazandı

2016-07-23  Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı start götürüb

2016-07-22  Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar

2016-07-14  2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

2016-07-13  Azərbaycan gimnastı səfir oldu

2016-07-11  Marina Durunda dünya kubokunda 7-ci oldu

2016-06-29  Gimnastımız dünya kuboku yarışlarında qızıl medal qazandı

2016-06-29  Yığmamız Pavlodardan 1 qızıl və 2 gümüş medalla qayıdır

2016-06-21  Gimnastlarımız İsraildə 8-ci oldu

2016-05-29  Gimnastlarımız Avropa çempionatında iştirak ediblər

2016-05-10  Gimnastımız Fransada 6 medal qazanıb

Bütün xəbərlər
 
Bu gün
14:16  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:32  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
12:28  Azərbaycanlı mütəxəssis "Makkabi" klubuna baş məşqçi təyin olunub
12:10  Millimizin üzvü olan avtobusa azarkeş hücum çəkdi
01:06  Azarkeşləri Balotelini təhqir etdiyinə görə kluba şərti cəza
00:51  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
00:40  UEFA həftənin komandasını açıqladı - FOTO
00:38  Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu müəyyənləşib
00:34  Həftənin ən gözəl qolları - VİDEO
24 fevral 2017
21:20  "Qarabağ" Şəhidlər Xiyabanına yürüş edəcək
21:15  Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı oldu
17:56  "Traktorsazi" növbəti qələbəsini qazandı
17:50  Avropa Liqasında püşk atıldı
12:17  Mourinyo Klaudio Ranyeriyə dəstək oldu
12:13  Məşqçilər Komitəsi millimizin nümayəndələri ilə görüşdü
11:37  "Bavariya"da 16 yaşlı futbolçu
11:35  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
11:24  Rüstəm Orucovdan maraqlı açıqlamalar - VİDEO
11:20  "Neftçi"də "İnter Arena"ya köçdü
09:26  "Şəmkir"in yeni baş məşqçisi məlum oldu
09:13  Çempion olduqdan 9 ay sonra qovuldu
09:02  Avropa Liqası: Gecənin bütün nəticələri
00:25  "Qarabağ"ın prezidentinə "Şöhrət" ordeni təqdim edildi - FOTO
00:21  Yeniyetmə cüdoçularımız Avropa kubokundakı parlaq qələbələrindən danışdılar - VİDEO
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.