AZ | EN | RU


Digər növlər >>
Bəhreyn Bakıda ilk dəfə keçiriləcək Formula-1 yarışlarının təşkilinə öz töhfəsini verəcək
22 oktyabr 2015   22:35

Bəhreyn Motoidman Federasiyası və Bəhreyn Marşallar klubunu təmsil edən mütəxəssis qrupu gələn ilin yayında Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edən paytaxt Bakıya səfər həyata keçirib.

Olimpiya.az xəbər verir ki, yarışın Azərbaycandakı rəsmi promouter təşkilatı olan Bakı Şəhər Halqası Bəhreyn Motoidman Federasiyası ilə Azərbaycanda ilk Formula 1 yarışının təşkili işində Bəhreynli mütəxəssislərlə əməkdaşlıq mövzusunda saziş imzalayıb.

Tərəflər arasında bu əməkdaşlığı dəstəkləyən Azərbaycan Avtomobil Federasiyası (AAF) yarış zamanı trek ətrafında cərəyan edəcək idman əməliyyatlarının təşkili işini həyata keçirəcək.

Saziş pilotların həyat təhlükəsizliyi və şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, evakuasiya və s. Kimi yarış əməliyyatlarının səlist, kəsintisiz aparılması və bilavasitə bu əməliyyatları həyata keçirən xüsusi marşallar qrupunun cəlb olunması və müvafiq təlimlərin aparılmasını özündə əks etdirən çərçivə sənədindən ibarətdir.

Yuxarıda sadalanan əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri Bakı Şəhər Halqası və AAF nümayəndələri ilə birlikdə Bakıdakı şəhər trasını gəzərək onun hər bir hissəsini yaxından öyrəniblər və marşalların trek üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Bu marşallar trek boyu hərəkət edən sürücülərə lazımi komanda və ismarıcları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin olunacaqlar.

Məlumat üçün, 2004-cü ildən Orta Şərq üzrə bütün Formula 1 yarışlarının təşkilatçılığında yer alan Bəhreyn Beynəlxalq halqasının təcrübəli marşallar komandası da 2016-cı ildə Bakıda keçiriləcək Avropa Qran Prisinin idman əməliyyatlarına cəlb olunacaq.

“Bakı Avropa Qran Prisi bir çox xüsusiyyətlərinə görə bu günədək Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərdən seçiləcək. Belə ki, Bakıda keçiriləcək Avropa Qran Prisi “Formula 1”in ən sürətli şəhər treki olaraq, 500 milyondan yuxarı TV tamaşaçının izlədiyi möhtəşəm bir hadisə olacaq” " deyə Bakı Şəhər Halqasının Baş İcraçı Direktoru Arif Rəhimov qeyd edib.

“Bəhreynli ekspertlərlə apardığımız birgə iş növbəti aylar ərzində “Bakı Şəhər Halqası” trası üzrə hazırlıq və planlama işlərində öz faydasını verəcək. Bəhreyn Motoidman Federasiyası yarış təşkilatçılığı və idman əməliyyatlarının effektiv təşkili üzrə dünya standartına imza atıb və bizim komandamız bu standarta tam cavab vermək niyyətindədir.”

Uzunluğu 6 km-dən bir qədər artıq olan “Bakı Şəhər Halqası”, trasın uzunluğuna görə dünyada ikincidir. Unikal Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı Formula 1 avtomobilləri Bakının UNESCO Ümumdünya İrsi siyahısına daxil olan İçəri-şəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar simasını görəcəklər.

Bakı Şəhər Halqası haqqında

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri (rəsmi olaraq Baku Grand Prix MMC) və eyni zamanda yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Sorğunu media@bakugp.az ünvanına göndərməklə əlavə məlumat əldə edə bilərsiniz.

 

 

 

 



Çap et | e-mail

     

2018-10-17  UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

2018-10-16  \"Formula 1\"in bilet satışı başladı

2018-10-16  Həbib Konorla revanş görüşündən imtina etdi

2018-10-15  Ovçunun tüfəngindən açılan atəş idmançını öldürdü - FOTO

2018-10-14  Həbib Nurməhəmmədov Floyd Meyvezeri döyüşə çağırıb - VİDEO

2018-10-13  “Formula 1”in təqvimi təsdiqləndi: Azərbaycanda apreldə keçiriləcək

2018-10-11  Putin Həbib və atası ilə görüşdü - VİDEO

2018-10-10  Makqreqora döyüşə çıxmaq qadağan olundu

2018-10-09  Həbib Nurməhəmmədov UFC reytinqində ikinci pilləyə yüksəlib

2018-10-09  Makqreqor Nurməhəmmədovu polisə şikayət edib

2018-10-08  Həbib Nurməhəmmədov üzr istədi - VİDEO

2018-10-08  Nurməhəmmədovun atası oğlunu sərt şəkildə cəzalandıracaq

2018-10-07  Makqreqor Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir

2018-10-07  Nurməhəmmədov döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib - VİDEO

2018-10-07  Həbib Nurməhəmmədovun meneceri həbs edildi

2018-10-07  Həbib Nurməhəmmədov Konor Makqreqora qalib gəldi - VİDEO

2018-10-06  \"Araz\" Çempionlar Liqasında sonuncu oyununa çıxacaq

2018-10-04  Qəbələdə güllə atıcılığı üzrə Dünya Kuboku yarışı keçiriləcək

2018-10-04  Təmsilçimiz Çempionlar Liqasına məğlubiyyətlə başladı

2018-09-07  Azərbaycanlı idmançı dünya çempionu oldu

Bütün xəbərlər
 
14 noyabr 2018
20:23  "Sumqayıt" Ayxan Abbasovu belə təqdim etdi - VİDEO
20:11  "Real Madrid"dən yeni transfer  
19:49  Premyer liqamızda oynamış gürcü futbolçu karyerasını sonlandırıb
19:33  De Xea "Mançester Yunayted"dən ayrılır
18:49  PSJ Çempionlar Liqasından kənarlaşdırıla bilər
18:31  "Sumqayıt"da Ayxan Abbasovun köməkçiləri açıqladı
18:13  "Bu titul mənim üçün qürurvericidir" - Maksim Medvedev
17:40  "Beşiktaş" futbolçusunu heyətdən kənarlaşdırıb
17:23  “Çelsi” klubuna transfer qadağası
17:11  Farer adaları millisi "Neftçi"nin bazasında
16:21  Özil həftəyə bir milyon qazanmaqdan imtina edib
16:05  "Əzmkar, mübariz bir komandamız olacaq” - Ayxan Abbasov
15:50  Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı
15:16  Azərbaycan - Farer adaları matçının hakimləri açıqlandı
15:04  "Sumqayıt"da yeni baş məşqçi müəyyənləşdi
14:48  “Qəbələ” nümayəndələri UEFA forumunda
14:35  “Azərbaycan Kubokunda 4-cü əvəzetməyə icazə veriləcək” - Ramin Musayev
14:15  Azərbaycan Kubokunun püşkü atıldı
13:24  Azərbaycan kubokunun oyunlarında yenilik
13:01  "Real"dan transferlərə 200 milyon
12:47  İngiltərə Premyer Liqasında qadın rəhbər
12:36  A seriyasında baş məşqçi dəyişikliyi
12:22  AFFA rəsmiləri milli komandamızın oyununu izləyəcəklər
12:07  "Rüfət Dadaşovun Azərbaycan millisinə yenidən çağırılmasına sevindim"
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.