AZ | EN | RU


Karate >>
Karateçilərimiz İranda 8 medal qazandılar
21 avqust 2015   12:41

Azərbaycan karateçiləri İran İslam Respublikasında 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vurublar. Olimpiya.az xəbər verir ki, Urmiyədə əvvəlcə yeniyetmə və gənclərin yarışına qatılan idmançılarımızdan Roman Heydərovla Həsən Rüstəmov (16-17 yaşlılar) kata yarışlarının finalında görüşüblər. Daha təcrübəli R.Heydərov turnirin qalibi olub. Hümmət Baxşəliyev (-57 kq) isə yeniyetmələr arasında çempion olub.

Yeniyetmələrdən Əli Quliyev (-70 kq), 16-17 yaşlı gənclərdən Mircəlal Ələsgərov (-55 kq), Elcan Məmmədrzayev (-61 kq), İsa Məmmədov və Murad Balakişiyev (hər ikisi -68 kq) isə bürünc mükafata sahib olublar. Bu nəticə ilə yeniyetmə və gənclərmiz 8 ölkə arasında İran komandasından sonra 2-ci yeri tutublar.

Yeniyetmələrin baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev komandanın durumu və perspektivi haqda nikbin fikirdədir: "Bu yarış dünya çempionatı qabağı bizim üçün çox önəmli idi. Belə beynəlxalq turnirlərdən sonra idmançıların çıxışlarının fərdi analizi aparılır. Noyabrda İndoneziyadakı dünya çempionatına hazırlıq mərhələsində üç yarış nəzərdə tutulub ki, bu turnirlərin nəticələrinə əsasən heyət təyin ediləcək. Ümidvaram ki, planlaşdırılan turnirlərdə iştirakımız baş tutacaq və payızda yeniyetmə və gənclərin mötəbər yarışından yüksək nəticə ilə dönə biləcəyik".    

Küveyt, Əfqanıstan, Türkiyə, Fransa və İraqın əsas komandalarının da qatıldığı "Urmiya Kuboku"nda ikinci yarış günü böyüklər arasında fərdi və komanda görüşləri olacaq. Ümumi mükafat fondu 30 min dollar olan turnirin fərdi döyüşlərindən əlavə Azərbaycan 2 kumite və 1 kata komandası ilə də təmsil olunacaq. Turnirdə əsas milli komandamızın bir neçə üzvü və əvəzedici heyətin idmançıları iştirak edir. Karateçilərimiz ayın 23-də vətənə dönəcəklər. (Federasiyanın mətbuat xidməti)



Çap et | e-mail

     

2016-11-28  Azərbaycan yığmasına Çexiyadan legioner cəlb olunub - FOTO

2016-10-30  Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

2016-10-29  Azərbaycan karateçiləri dünya çempionatında medal qazana biləcəklərmi?

2016-10-27  Rafael Ağayev erməniyə belə qalib gəldi - VİDEO

2016-10-27  İki idmançımız dünya çempionatının finalında

2016-09-05  Karateçilərimiz İstanbulda 8 medal qazandılar

2016-08-08  Karateçilərimiz beynəlxalq turnirdə 7 medal qazanıb

2016-08-04  Karate də olimpiya idman növü oldu

2016-06-10  Karateçilərimizdən möhtəşəm uğur

2016-06-03  \"Neftçi İdman Klubu\"nun üzvləri Tbilisidən 6 medalla döndülər

2016-05-17  Karateçilərimiz Avropa çempionatında 5 medal qazandı

2016-05-09  Azərbaycan karateçiləri yeni tarix yazdılar

2016-04-19  Bakıda 7-ci beynəlxalq \"Baku Open\" turniri keçiriləcək

2016-04-11  Rafael Ağayev Dubayda birinci oldu

2016-04-06  Karateçilərimiz Dubayda yarışacaq

2016-03-29  Azərbaycan karateçiləri Avropa çempionatına yollanırlar

2016-03-29  \"Neftçi İdman Klubu\"nun üzvü İstanbuldan medalla dönür

2016-03-28  Karateçilərimiz Türkiyədə 12 medal qazandılar

2016-02-03  Millimiz Avropa çempionatında iştirak edəcək

2015-12-29  Rafael Ağayev \"İlin karateçisi\" seçildi - FOTO

Bütün xəbərlər
 
Bu gün
14:02  Həftənin ən gözəl qol ötürmələri - VİDEO
13:49  Cerard "Liverpul"a qayıtdı
13:36  "Zirə"dən yeni transfer - FOTO
13:28  Həftənin ən gözəl qapıçı qurtarışları - VİDEO
13:14  Kollinaya FİFA-da yeni vəzifə verildi
13:10  Ulduz futbolçunun maşınına hücum etdilər
13:00  Həftənin ən gözəl qolları - VİDEO
12:53  FİFA-ya tarixi cəza
12:45  "Traktorsazi" də 20 Yanvarı unutmadı - FOTO
12:42  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
12:36  "Qəbələ" "Traktorsazi"ni darmadağın etdi - VİDEO
20 yanvar 2017
11:42  Azərbaycan Belarus millisinə qarşı
11:40  Çin klubundan Ardaya növbəti təklif
11:36  Fatih Terimi tənqid etdiyi üçün cəzalandı
11:30  Millimiz Səudiyyə Ərəbistanına yenildi
19 yanvar 2017
17:46  "Beşiktaş" futbolçusunu İngiltərə klubuna satdı
17:09  Hansı oyun, hansı kanalda? - TV AFİŞA
16:05  "CÜDO TV"nin beynəlxalq seminarla bağlı hazırladığı xüsusi veriliş - VİDEO
16:03  "Qoca sinyorlar"da 19 yaşlı futbolçu
15:55  Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlandı
14:42  Avropa çempionatının sonuncu loqosu da təqdim olundu
14:39  UEFA "Qarabağ" klubuna 980 min avro vəsait ayırdı
14:01  Milli komandada yeni baş məşqçi
13:29  Azərbaycanlı olimpiya çempionu hərbi xidmətdə - VİDEO
Bütün xəbərlər >>>


 TURİZM

Çində dünyada bənzəri olmayan otel tikilir



 MODA

2015-ci ilin rəngi

2013-cü ilin moda rəngi...
2013-cü ilin küçə modası...



 SAĞLAMLIQ

40 yaşından sonra gözəl görünməyin yolları




                                                                                                 

Ana səhifə | Olimpizm | Futbol | Güləş | Boks | Gimnastika | Voleybol | Şahmat | Cüdo | Atletika | Karate | Taekvondo | Digər növlər| e-mail

İdman Turizm Portalı © 2009-2010 Olimpiya.az. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.